BMT- nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 25 illiyinə həsr edilmiş “Cismani cəzasız uşaqlıq- siyasət və qanunvericilikdə dəyişiklik” mövzusunda konfrans

14 June 2014

Share:

3– 4  iyun  2014-cü  il tarixlərində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr  müavini  Aynur  Sofiyeva və Komitənin regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva  Isveçin Səhiyyə və Sosial  məsələləri üzrə Nazirliyin dəvəti ilə Stokkolm şəhərində “Cismani cəzasız uşaqlıq- siyasət və qanunvericilikdə dəyişiklik” mövzusunda konfransda  iştirak məqsədi ilə rəsmi səfərdə olmuşlar. Konfransın məqsədi Uşaq hüquqları sahəsində daha böyük irəliləyişlərə nail olmaq üçün ölkələri bir araya gətirmək və  2008- ci ilin sentyabr ayında Stokkolm şəhərində keçirilmiş konfransdan sonra ölkələrdə uşaqlara qarşı cismani cəzaların ləğvi haqqında qanunvericilikdə olan dəyişikliklər və bu mövzuya olan münasibətlərdəki dəyişiklikləri  qiymətləndirmək idi.

Konfransda Avropa Şurasının Baş Katibinin müavini xanım  Gabriella Battaini-Dragoni, BMT baş katibliyinin uşaqlara qarşı zorakılıq üzrə xüsusi nümayəndəsi Marta Santos Pey, Avstriyanın ədliyyə naziri Volfqanq Brandştet, Rumuniyanın, və digər ölkələrdən nazir müavinləri, İsveçin Uşaq və Gənclər naziri Maria Larsson, Uşaq Ombudsmanı Fredrik Malmberq və Avropa Şurasının Uşaqlarla bağlı bölmə rəhbərləri iştirak edirdilər.

Plenar iclasını giriş sözü ilə İsveçin Uşaq və  Gənclər naziri xanım Maria Larsson acaraq qonaqları salamladı və ölkəsində uşaq hüquqlarının yerinə yetirilməsi sahəsində uğurlar və növbəti illər üçün qarşıda duran məsələlərdən danışdı. Avropa Şurası baş katibinin müavini xanım Gabriella Battainin çıxışından  sonra İsveç kraliçası xanım Silviya 1999 cu ildən Dünya Uşaq Fondunun  yaradılmasının təşəbbüskarı olmuşdur. Məhz onun dəstəyi ilə İsveç ölkəsi uşaqlara qarşı cismani cəzaları qanunvericiliklə ləğv edən ilk  ölkə olmuşdur.  2008 ci ildə keçirilən konfransın nəticələri Avropa Şurası üzvi olan 47 ölkənin  yalnız 17–də cismani cəzaların qanunvericiliklə ləğv olunduğu  bildirilirdi. 30 ölkə qanunvericiliyində cismani cəzalarla bağlı heç bir müddəa yox idi.  Lakin artıq 2013 cü ilin göstəricilərinə görə  artıq 11 ölkədə bu mövzu ilə bağlı heç bir irəliləyişin olmadığı bildirilir, digər 36 üzv ölkədə  isə ən azı bu məsələyə münasibət və yanaşmalarda dəyişikliklər və bəzi ölkələrdə isə qanunvericilkdə dəyişikliklər həyata  keçirilmişdir.

Konfrans müddətində Uşaqlara qarşı zorakılıq üzrə 2013- cü ildə BMT-nin uşaq hüquqları komitəsi tərəfindən keçirilmiş  ümümdünya sorğusu, insan hüquqları standartları çərçivəsində uşaqlara qarşı cismani cəzaların ləğvi istiqamətində əsas siyasət dəyişiklikləri və təhsil və qeyri hökümət təşkilatlarının siyasət quruculuğunda  resurs  kimi istifadəsi  mövzuları  müzakirə olundu.

Müzakirələrdə çıxış edən Aynur Sofiyeva  Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi sahəsində dövlət strategiyasının əsas istiqamətləri, bununla bağlı reallaşdırılan tədbirlər və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında ətraflı məlumat vermişdir. O, bu tədbirlərdən biri olan Uşaq və Ailələrə Dəstək mərkəzləri modelinin tətbiqi haqqında danışaraq Azərbaycanın  11 rayonunda fəaliyyət göstərən Dövlət Komitəsinin tabeliyində olan mərkəzlərin fəaliyyəti barədə məlumat verdi və bildirdi, ki bu mərkəzlər risk qruplu ailələrin bütün üzvlərinə fərdi yanaşma tətbiq edərək, ailələrin qiymətləndirmə sistemi üzərində qurulmuş xidmətləri əhatə edir. Sədr müavini  bildirmişdir ki, Azərbaycan hökuməti uşaqların problemlərinin həlli, uşaq hüquqlarının tam həcmdə təmin edilməsi istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Ölkə Prezidentinin sərəncamı ilə 2012-ci ildə qəbul olunmuş “Uşaq Hüquqlarının yerinə yetirilməsinə Nəzarət Qaydaları”- nın təsdiq edilməsi   dövlətin bu sahəya xüsusi diqqətini bir daha təsdiqləyir.

A.Sofiyeva çıxışında Uşaq Hüquqları sahəsində  gələcəkdə həyata keçirilməsi  nəzərdə tutulan işlərdən danışaraq, Azərbaycan 2020- Gələcəyə baxış strategiyası çərçivəsində Azərbaycanın ailə və uşaq startegiyasının və ailə psixoloqu institutunun  formalaşdırılması, məişət zorakılığı qurbanları üçün sığınacaqların yaradılmasının nəzərdə tutulduğunu qeyd etdi.

Konfrans iştirakçıları Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişlər.