“Zərərli vərdişlərə son” adlı maarifləndirmə tədbiri
Share:
Fevralın 15-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Zərdab rayon Gənclər Mərkəzində “Zərərli vərdişlərə son” adlı maarifləndirmə tədbiri keçirildi.
Tədbirdə çıxış edənlər mövzu haqqında iştirakçılara məlumat verərək onları zərərli vərdişlərdən uzaq olmağa çağırdılar. Tədbirdə siqaret və narkotik maddələrin orqanizmdə səbəb olduğu müxtəlif xəstəliklərlə yanaşı, insan psixologiyasında, ailə mühitində yaratdığı problemlər barədə danışıldı.
Sonda iştirakçılarla mövzu ətrafında maraqlı müzakirələr oldu, maarifləndirici materiallar paylanıldı.