“Zərərli vərdişlərə son” adlı maarifləndirmə tədbiri

15 февраля 2017

Поделиться:

Fevralın 15-də Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Zərdab rayon Gənclər Mərkəzində “Zərərli vərdişlərə  son” adlı  maarifləndirmə  tədbiri keçirildi.

Tədbirdə  çıxış  edənlər  mövzu haqqında iştirakçılara məlumat verərək onları zərərli vərdişlərdən  uzaq olmağa çağırdılar. Tədbirdə siqaret və narkotik maddələrin orqanizmdə səbəb olduğu müxtəlif xəstəliklərlə yanaşı, insan psixologiyasında, ailə mühitində yaratdığı problemlər barədə danışıldı.

Sonda iştirakçılarla mövzu ətrafında maraqlı müzakirələr  oldu, maarifləndirici materiallar paylanıldı.