“Narkomaniya XXI əsrin faciəsidir” adlı yığıncaq keçirilib

13 June 2017

Share:

İyunun 13-də Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 14 saylı fizika riyaziyyat təmayüllü tam orta məktəb liseyində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya  XXI əsrin faciəsidir” adlı yığıncaq keçirilib.

Yığıncaqda mərkəzin sosial işçiləri tərəfindən narkotik maddələrdən istifadənin insan sağlamlığına və iqtisadi durumuna ziyanlarından bəhs edilib.

Sonda məktəblilərə “Narkotik maddələr və onun insan sağlamlığına  zərərləri və bəşəriyyət üçün  fəsadları”  haqqında,  eləcə də “Sağlam həyat naminə narkotiklərdən uzaq olaq” adlı buklet və  məlumat vərəqələri təqdim edilib.