“Narkomaniya XXI əsrin faciəsidir” adlı yığıncaq keçirilib
Поделиться:
İyunun 13-də Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 14 saylı fizika riyaziyyat təmayüllü tam orta məktəb liseyində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya XXI əsrin faciəsidir” adlı yığıncaq keçirilib.
Yığıncaqda mərkəzin sosial işçiləri tərəfindən narkotik maddələrdən istifadənin insan sağlamlığına və iqtisadi durumuna ziyanlarından bəhs edilib.
Sonda məktəblilərə “Narkotik maddələr və onun insan sağlamlığına zərərləri və bəşəriyyət üçün fəsadları” haqqında, eləcə də “Sağlam həyat naminə narkotiklərdən uzaq olaq” adlı buklet və məlumat vərəqələri təqdim edilib.