Состоялась презентация 5-го периодического Доклада Азербайджанского Правительства по Конвенции ООН о ликвидации всех форм дискриминации в отношении женщин

8 February 2015

Share:

18 fevral 2015-ci il tarixdə Azərbaycan Hökumətinin Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyinin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya dair V Dövri Hesabatı xüsusi Komitədə dinlənilmişdi. İclasda 23 ölkənin təmsil edən ekspertlər, beynəlxalq və qeyri-hökumət təşkilatları, KİV nümayəndələri, tədqiqatçılar iştirak edirdilər.

Ölkə hesabatının təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın rəhbərliyi ilə geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunurdu. Nümayəndə heyətinin tərkibi Əmək və Əhalinin Sosial Müdafiə nazirinin müavini Natiq Məmmədov, Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, İqtisadiyyat və Sənayə naziri müavini Sevinc Həsənova, Daxili İşlər nazirinin müavini Oruc Zalov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Statistika Komitəsinin sədr müavini Yusif Yusifov, Maliyyə nazirliyinin şöbə müdiri Xaqani Rzayev, Ədliyyə nazirliynin idarə rəisi Faiq Qurbanov, Xarici İşlər nazirliyinin idarə rəisi Ramin Həsənov və digər ekspertlərdən ibarətdir. Nümayəndə Heyəti ilə yanaşı Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, Fövqəladə və Səlahiyyətli səfiri cənab Murad  Nəcəfbəyli də iştirak edirdi.

 BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyinin bütün formalarının ləğv edilməsi Komitəsinin sədri xanım Yoko Hayaşi iclası açaraq, gündəlikdə Azərbaycan Respublikasının V dövrü Hesabatının dinlənilməsi məsələsini iştirakçıların nəzərinə çatdırdı. Nümayəndə heyətinin rəhbəri xanım Hicran Hüseynova Azərbaycan Respublikasının hesabat dövri ərzində qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər, qəbul edilən yeni qanunvericilik aktları, milli maarifləndirmə kampaniyaları və digər məsələlərlə bağlı ətraflı məruzə etdi. Xanım Hicran Hüseynova Heydər Əliyev Fondu və onun prezidenti tərəfindən reallaşan sosial xarakterli layihələri, son illərdə tikilən və əsaslı təmir olunan xəstəxanalar, məktəblər, uşaq bağçaları və bunların qadın hüquqlarının müdafiəsinə təsiri haqqında da məlumat verdi. Qeyd etmək lazımdır ki, beynəlxalq ekspertlər də ölkənin Birinci xanımı Mehriban Əliyevanın bu istiqamətdə xoşməramlı səfir kimi fəaliyyətini xüsusilə vurğuladılar.

Çıxışdan sonra ekspertlər Konvensiyanın maddələrinə müvafiq olaraq geniş müzakirə aparılmışdır. Ekspertlərin qadınların siyasi həyatda irəli çəkilməsi, internetdə insan alveri (e-traffikinq), məişət zorakılığı, qadınlara bərabər əməyə görə kişilərlə bərabər əmək haqqının ödənilməsi, üfüqi və şaquli ayrı-seçkilik, BMT-nin 1325 qətnaməsinin icrası, yeni konvensiyaların qəbulu və digər suallarına dövlətin nümayəndələri tərəfindən cavab verilmişdir. İclasda həmçinin Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün düşmüş qadınların cəmiyyətə reinteqrasiyası və reabilitasiyası ilə bağlı məsələlər qaldırılımışdı. Bununla əlaqədar olaraq xanım Hicran Hüseynova  dövlət tərəfindən həyata keçirilən tədbirlər və onların müsbət nəticələri  haqqında  ətraflı məlumat verdi. Eyni zamanda, dövlət komitəsinin sədri bu günlərdə 23 ili tamam olacaq Xocalı soyqırımından bəhs etdi.

Müzakirələr zamanı BMT komitəsinin ekspertləri ötən illərdən indiyə gədər Azərbaycan qadın hüquqlarının müdafiəsi sahəsində aparılan islahatları müsbət qiymətləndirildilər. BMT Komitəsinin nümayəndələri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən iqtisadi və sosial inkişafı, o cümlədən dövlət qadın siyasətinin həyata keçirilməsində müsbət addımları yüksək qiymətləndirdilər. Beynəlxalq ekspertlər Azərbaycanda qadın hüquqlarının müdafiəsini və gender bərabərliyinin təmin edilməsi ilə bağlı tövsiyyə və təkliflərini verdilər.