Qəbələ rayon Çuxur Qəbələ kəndində “Erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilmişdir.
Share:
Martın 30da Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə erkən nikahlarların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması, uşaqların hüquqlarının müdafiəsi və ailələrin gücləndirilməsi məqsədilə Qəbələ rayon Çuxur Qəbələ kənd məktəbində, “Erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilmişdir. Rayon Qeydiyyat idarəsinin, təhsil şöbəsinin nümayədələrinin çıxış etdiyi tədbirdə məktəbin valideyn, müəllim və şagird heyəti iştirak edirdi.
Çıxış edənlər bu sahədə maarifləndirmə işinin aparılmasına baxmayaraq hələ də az yaşlılar arasında nikahsız ailə quranların olduğunu, həmin ailələrin sonradan problemlə rastlaşdıqlarını qeyd etmiş və valideynlərə öz tövsiyyələrini vermişdirlər.
Tədbirin sonunda ailə başçılarına ünvanlanmış maarifləndirici məktublar paylanmışdır.