Qəbələ rayon Çuxur Qəbələ kəndində “Erkən nikah və onun fəsadları” mövzusunda tədbir keçirilmişdir.

30 марта 2016

Поделиться:

      Martın 30da Qəbələ   Uşaq  və  Ailələrə  Dəstək  Mərkəzinin   təşkilatçılığı   ilə erkən nikahlarların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması, uşaqların hüquqlarının müdafiəsi və ailələrin gücləndirilməsi məqsədilə  Qəbələ     rayon  Çuxur  Qəbələ kənd məktəbində, “Erkən nikah və onun fəsadları  mövzusunda  tədbir  keçirilmişdir.  Rayon Qeydiyyat  idarəsinin, təhsil  şöbəsinin nümayədələrinin çıxış etdiyi tədbirdə məktəbin valideyn, müəllim və şagird heyəti iştirak edirdi.

            Çıxış edənlər bu sahədə maarifləndirmə işinin aparılmasına baxmayaraq hələ  də az  yaşlılar  arasında nikahsız  ailə  quranların  olduğunu,  həmin  ailələrin  sonradan  problemlə  rastlaşdıqlarını  qeyd  etmiş və valideynlərə öz tövsiyyələrini vermişdirlər.

           Tədbirin sonunda ailə  başçılarına  ünvanlanmış   maarifləndirici  məktublar  paylanmışdır.