2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan edilir
Share:
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsində (bundan sonra – müsabiqə) Azərbaycanda dövlət qeydiyyatından keçmiş və müvafiq mövzu üzrə ixtisaslaşmış QHT-ləri iştirak etməyə dəvət edir.
Şura və Komitə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:
SN |
Müsabiqə mövzusunun adı |
Bir layihə üçün maksimum məbləğ |
Maliyyələşməsi nəzərdə tutulan layihə sayı |
1. |
Ailə dəyərlərinin təbliği və gənc ailələrə psixoloji yardımın göstərilməsi |
8000 (səkkiz min) manatadək |
3-dək layihə |
2. |
Həssas qrupdan olan qadınların və uşaqların hüquqi, psixoloji və sosial cəhətdən dəstəklənməsi |
8000 (səkkiz min) manatadək |
3-dək layihə |
3. |
Qadınlar üçün innovativ ideyalar üzrə startap layihələrinin hazırlanması məqsədilə təlimlərin təşkili |
8000 (səkkiz min) manatadək |
2-dək layihə |
4. |
Gender bərabərliyi və gender əsaslı zorakılığa qarşı mübarizəyə dair təşəbbüslər |
8000 (səkkiz min) manatadək |
3-dək layihə |
5. |
Erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə üzrə maarifləndirmə işinin təşkili |
8000 (səkkiz min) manatadək |
3-dək layihə |
6. |
Məişət zorakılığı və ondan müdafiə mexanizmləri haqqında vətəndaşların maarifləndirilməsi |
8000 (səkkiz min) manatadək |
3-dək layihə |
7. |
Qadınların reproduktiv sağlamlığı və ailə planlaşdırılması ilə bağlı maarifləndirmə işlərinin təşkili |
8000 (səkkiz min) manatadək |
3-dək layihə |
8. |
Baxımsız və küçə həyatı yaşayan uşaqların sosial reabilitasiyasına dair təşəbbüslər |
10000 (on min) manatadək |
4-dək layihə |
Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.
Layihələrin müddəti
Layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər.
Müsdabiqə fondu və maliyyələşəcək layihələrin sayı
- Müsabiqə fondu 180 000 (yüz səksən min) manat təşkil edir.
- 24-dək layihənin maliyyələşməsi nəzərdə tutulur.
Qeyd:
- 2019-cu il yanvarın 1-dən sonra dövlət qeydiyyatından keçmiş QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.
Müsabiqə mərhələləri
Müsabiqə üzrə QHT və layihə sənədlərinin qəbulu 20 noyabr 2019-cu ildən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 4 mərhələ üzrə aparılır:
- 1-ci mərhələ - QHT və layihə sənədlərinin qəbulu;
Bu mərhələ 20 noyabr–16 dekabr 2019-cu il tarixlərini əhatə edir.
- 2-ci mərhələ - QHT və layihə sənədlərinin texniki seleksiyası;
Bu mərhələ 20 noyabr– 26 dekabr 2019-cu il tarixlərini əhatə edir. Təqdim olunan QHT və layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT- yə elektron bildiriş göndərilir.
- 3-cü mərhələ - Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi;
Bu mərhələ 27 dekabr 2019-cu il - 27 yanvar 2020-ci il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və e-ekspertiza proqramı vasitəsilə ekspertlər tərəfindən elektron qaydada qiymətləndirilir.
- 4-cü mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi;
Müsabiqənin nəticələri barədə məlumatlar 2020-ci il fevral ayının 10-dan sonra
Şuranın rəsmi saytında və digər internet resurslarında yerləşdiriləcək.