“Bir gün deyil, hər gün sevək!” adlı rayon səviyyəli musiqili-əyləncəli tədbir
Share:
Iyunun 1-də Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi və Göygöl rayon İcra Hakimiyyəti, Təhsil şöbəsi, Mədəniyyət evi ilə birlikdə 1 iyun-Uşaq Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bir gün deyil, hər gün sevək!” adlı rayon səviyyəli musiqili-əyləncəli tədbir keçirilmişdir.
Tədbiri Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdürü Kəmalə İbrahimova açıq elan etdikdən sonra Göygöl UADM-in direktoru R.Ablayeva da öz ürək sözləri ilə bütün uşaqları təbrik etdi. Bundan sonra Mərkəz xidmətlərindən bəhrələnən uşaqlar öz çıxışlarını təqdim etmələri üçün səhnəyə dəvət edildilər. Uşaqların çıxışı böyük maraqla qarşılandı. Sonra rayon məktəbliləri və məktəbəqədər körpələr evi və uşaq baxçalarının uşaqları öz çıxışları ilə tədbirə rəng qatdılar.
Tədbirin sonunda Mərkəz xidmətindən bəhrələnən uşaqlarla asvalt üzərində rəsm müsabiqəsi keçirildi. Uşaqlara hədiyyələr təqdim edildi.
The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan