“Bir gün deyil, hər gün sevək!” adlı rayon səviyyəli musiqili-əyləncəli tədbir

6 июня 2018

Поделиться:

 

          Iyunun 1-də  Ailə,Qadın və Uşaq  Problemləri  üzrə  Dövlət Komitəsinin  nəzdində  fəaliyyət  göstərən  Göygöl  Uşaq  və  Ailələrə  Dəstək  Mərkəzi  və Göygöl  rayon  İcra  Hakimiyyəti, Təhsil şöbəsi, Mədəniyyət  evi  ilə birlikdə   1 iyun-Uşaq  Beynəlxalq Müdafiəsi  Günü  münasibətilə  “Bir  gün deyil, hər gün sevək!” adlı  rayon  səviyyəli  musiqili-əyləncəli  tədbir keçirilmişdir.

Tədbiri  Göygöl  rayon  İcra  Hakimiyyəti  başçısının  müavini, ictimai-siyasi  və  humanitar  məsələlər  üzrə  şöbənin  müdürü  Kəmalə  İbrahimova  açıq elan etdikdən sonra  Göygöl UADM-in direktoru R.Ablayeva  da  öz ürək sözləri ilə bütün uşaqları təbrik etdi. Bundan sonra Mərkəz  xidmətlərindən  bəhrələnən uşaqlar  öz  çıxışlarını təqdim etmələri üçün səhnəyə dəvət edildilər. Uşaqların  çıxışı   böyük maraqla  qarşılandı. Sonra  rayon  məktəbliləri  və  məktəbəqədər körpələr  evi  və  uşaq  baxçalarının  uşaqları   öz  çıxışları  ilə  tədbirə  rəng  qatdılar.

Tədbirin  sonunda  Mərkəz  xidmətindən  bəhrələnən  uşaqlarla  asvalt üzərində  rəsm  müsabiqəsi  keçirildi. Uşaqlara hədiyyələr təqdim edildi.