“Qoy həmişə sülh olsun!” adlı tədbirlər keçirildi
Share:
Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi Sülh aylığı çərçivəsində “Qoy həmişə sülh olsun!” adlı tədbirlər keçirmişdir.
Tədbir 07 sentyabr tarixində Sabirabad UADM-in həyətində ətraf binalarda yaşayan uşaqların iştirakı ilə, 08 sentyabr tarixində isə 1 saylı uşaq bağçasının məktəbəqədər qrup uşaqları ilə keçirilmişdir.
Tədbirdə əvvəlcə uşaqlara sülh günü haqqında məlumat verilmiş, sonra isə uşaqlar sülhə dair fikirlərini təsvir etmişlər.