“Nagıllar aləminə səyahət” adlı tədbir keçirildi
![](https://family.gov.az/store/media/post/NewFolder/20170725_121820.jpg)
Share:
29 avqust tarixində Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə uşaqlarda oxuma mədəniyyətini yüksəltmək məqsədi ilə Rayon Mərkəzi Kitabxanasında “Nagıllar aləminə səyahət” adlı tədbir keçirilmişdir.
Uşaq və Gənclər klubunun üzvlərinin iştirakçılığı ilə təşkil olunan tədbir ekskursiya xarakteri daşımışdır. Kitabxananın əməkdaşı Qasımova Nisə Azərbaycan xalqının mədəniyyəti, incəsənəti, folkloru, unudulmuş milli adət-ənənələri, vətən, torpaq sevgisi, nağıllar aləmi, dilimizin şirinliyi və s. bu kimi mövzularla bağlı hazırlanmış stend və sərgilərlə uşaqları tanış edərək onları məlumatlandırmışdır. Uşaqların ən çox maraqla seyr etdikləri isə “Mənim uşaq dünyam” adlı xalq nağıllarından ibarət kitabların toplandığı guşə olmuşdur.