The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan
Apply
AZ RU
AZ RU
Apply

The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan

  • Home
  • Committee
    • About us
    • Charter
    • Management
    • Structure
    • College
    • Composition
    • Decisions
    • Appeal board
    • Public council
    • Composition
    • Documents
    • News
    • Registry of experts
    • International relations
    • International events and meetings
    • International cooperation
    • Reports
    • Tender information
    • Recruitment
  • Legislation
    • Laws
    • Codes
    • Decrees
    • Orders
    • Cabinet of Ministers' Decisions and Orders
    • Conventions and reports
    • Other documents
  • For citizens
    • Reception center
    • Reception in regions
    • Open door days
    • Frequently asked questions
    • E-application
    • 860 – Support line
  • Media
    • Press releases
    • News
    • Announcements
    • Photo gallery
    • Video gallery
    • Infographics
    • Open data
  • Projects
  • Contact
Committee
About us Charter Management Structure
College
Composition Decisions
Appeal board
Public council
Composition Documents News
Registry of experts
International relations
International events and meetings International cooperation
Reports Tender information Recruitment
Legislation
Laws Codes Decrees Orders Cabinet of Ministers' Decisions and Orders Conventions and reports Other documents
For citizens
Reception center Reception in regions Open door days Frequently asked questions E-application 860 – Support line
Media
Press releases News Announcements Photo gallery Video gallery Infographics Open data
Projects
Contact
< Archive

“Qələbəyə doğru” kuboku uğrunda ümumrespublika intellektual yarışın final mərhələsi keçirilib

28 April 2017

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il “Qələbəyə doğru” kuboku uğrunda ümumrespublika intellektual yarış təşkil edilir və bununla bağlı regional seçim turları keçirilir.

Bu il ümumrespublika üzrə “Qələbəyə doğru” intellektual yarışın keçirilməsinə 2 mart 2017-ci ildə start verilib. Bu məqsədlə 11 region üzrə 2 mart-19 aprel 2017-ci il tarixlərində Azərbaycanın bütün şəhər və rayonlarını təmsil edən komandaların iştirakı ilə regional seçim turları (Mingəçevir, Ağcabədi, Tovuz, Gəncə, Siyəzən, Lənkəran, Saatlı, Şamaxı, Zaqatala, Zəngilan, Bakı şəhəri) keçirilib və seçim turlarında fərqlənən komandalar (Naftalan, Füzuli, Ağstafa, Goranboy, Xaçmaz, Lənkəran, Sabirabad, İsmayıllı, Zaqatala, Cəbrayıl, Sumqayıt, Xətai rayonları) final oyununda iştirak hüququ qazanıblar. Eyni zamanda qızlardan ibarət “Zəfər” komandasına da finalda iştirak üçün şərait yaradılmışdır. Məqsəd cəmiyyətdə diqqəti qızların bir daha təhsil hüququna yönəldilməsinə, elm sahəsinə marağının artırılması və bu istiqamətdə fəaliyyətinin təmin olunmasına bir mesaj verməkdir.

28 aprel, 2017-ci il tarixində BDU-da Komitə, Bakı Dövlət Universiteti və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qələbəyə doğru” kuboku uğrunda intellektual oyunun 13 komandanın iştirakı ilə final mərhələsi keçirilib. Final mərhələsinin nəticəsində Sumqayıt şəhərini təmsil edən komanda I yer, Goranboy rayonunun komandası II yer, Sabirabad rayonunun komandası isə III yer tutub.

Tədbirin bağlanış və mükafatlandırma mərasimindən öncə Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın və Ümummilli Lider Heydər Əliyevin məzarüstü abidəsi ziyarət edilib.

Tədbiri giriş sözü ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq təşkil edilən tədbirin əhəmiyyətini, uşaqların bilik və bacarıqlarının artırılmasında rolunu qeyd edib.

Daha sonra Komitə sədri Hicran Hüseynova hər il Komitə tərəfindən keçirilən tədbirin uşaqların bilik və bacarıqlarının, dünyagörüşlərinin artırılmasında, ölkəmizin tarixi və mədəniyyətini daha da dərindən öyrənməsində, həmçinin, asudə vaxtlarının səmərəli təşkil edilməsinə vacib olduğunu vurğulayıb. Hicran Hüseynova, həmçinin qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən insan kapitalının inkişafı sahəsində mühüm addımlar atılır və bu istiqamətdə işlər uğurla davam etdirilir.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova da çıxış edərək hər il keçirilən intellektual oyununun keçirilməsinin əhəmiyyətini vurğuladı.

Tədbir zamanı “Azərtac” Dövlət İnformasiya Agentliyi tərəfindən hazırlanmış, regional seçim turlarının maraqlı anları, uşaqların sevinci, oyunun gedişatını özündə əks etdirən video çarx, eləcə də final oyununu özündə əks etdirən video-təqdimat nümayiş edilib.

Komitə tərəfindən I yerin qalibi olmuş Sumqayıt şəhərini təmsil edən komandanın 5 üzvünə planşet və diplomlar, II yerin sahibi olan Goranboy rayonunun qaliblərinə Bakı Dövlət Universiteti tərəfindən planşet və diplomlar, III yerin sahibi olan Sabirabad rayonunun qaliblərinə  isə Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən planşet və diplomlar təqdim edilib. I yerin qalibi olmuş Sumqayıt komandasına Komitə tərəfindən ənənəvi “Qələbəyə doğru” kuboku verilib.

Final yarışında iştirak edən və fərqlənən komandalar isə “Qələbəyə doğru” kuboku uğrunda intellektual oyunda fəal iştirakına görə diplomu ilə təltif olunub.

 
 

The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan
  • Home
  • Committee
  • Reception center
  • Apply
  • Frequently asked questions
  • Contact
  • Phone:  (+994 12) 498 00 92
  • Email:  office@family.gov.az
  • Fax:  (+994 12) 493 58 72
  • Address:  Ü.Hacıbəyli 80,Hökumət Evi, IV Qapı
Copyright © 2006-2025 All rights reserved