“Biz 10 milyonuq!” adlı maarifləndirici tədbir keçirildi
Share:
9 aprel tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi Azərbaycanda əhalinin sayının 10 milyona çatması münasibəti ilə “Biz 10 milyonuq!” adlı maarifləndirici tədbir kecirilmişdir. Tədbirdə rayon tam orta məktəbin yuxarı sinif sagirdləri iştirak etmişdir.
Tədbirdə Azərbaycanın 10 milyonluq ölkələr sırasına daxil olmasının xüsusi əhəmiyyət kəsb etdiyini uşaqlara bildirilmiş və bu hadisənin eyni zamanda tarixən xalqımıza qarşı soyqırımlar törətməyə çalışan düşmənlərimizə bir mesaj olduğunu iştirakçıların diqqətə çatdırılıb. Bu movzuda hazırlanmış videoçarx uşaqlara təqdim edilmişdir.