Sumqayıt Dövlət Texniki Kollecində qız tələbələri üçün tədbir keçiriləcək
Share:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Beynəlxalq Ailə Günü” (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq) münasibəti ilə may ayının 1-dən 15-dək həyata keçirilən tədbirlər planında hər il olduğu kimi, bu il də silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirlər çərçivəsində Səhiyyə Nazirliyi ilə birgə və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsili müəssisələrində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, qeyri-infeksion xəstəliklərin profilaktikası sahəsində gənclərin maarifləndirilməsi məqsədi ilə 04 may 2018-ci il tarixində saat 11:00-da Sumqayıt şəhərində yerləşən Sumqayıt Dövlət Universiteti nəzdində Sumqayıt Dövlət Texniki Kollecində qız tələbələri üçün tədbirin keçirilməsi nəzərdə tutulur.
Keçiriləcək tədbirdə gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, gənclərin ailə həyatına hazırlığı, talassemiyanın və qeyri-infeksion xəstəliklərin profilaktikası sahəsində əhalinin maarifləndirilməsi istiqamətində müzakirələr aparılacaqdır.