Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd icması üçün “açıq qapı” günü keçiriləcək

20 December 2017

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Təmiz ürək” İctimai Birliyi və Cəbrayıl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə rayonda dekabrın 21-də  saat 13:30-da Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd icması üçün “açıq qapı” günü keçirməyi planlaşdırır.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın iştirakı planlaşdırılır.

Tədbir iştirakçıları ilə “Aprel şəhidlərinə xatirə” abidə kompleksini ziyarət, rəsmi hissə, kənd icmasına məktəbli ləvazimatları və ərzaq yardımının təqdim edilməsi, uşaqlar üçün Yeni il şənliyi proqramı nəzərdə tutulub.

Tədbirin daha geniş şəkildə işıqlandırılması üçün sizi əməkdaşlığa dəvət edirik.