Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Sumqayıt şəhərində vətəndaşları qəbul edib

25 August 2015

Share:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova  avqustun 25-də  Sumqayıt şəhəri, Qubadlı rayon təhsil şöbəsində Sumqayıt, Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda bu rayonlardan 32 ərizəçi öz problemləri ilə bağlı müraciət edib. Vətəndaşları qəbul edən Komitə sədri onların problemlərini dinləyərək, bir çoxunun elə yerindəcə həll edilməsinə nail olub. Bu müraciətlər arasında  qadın hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlər  yer tutur. Eyni zamanda, Komitənin fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.