Komitə sədri ilə Belarus Universal Ticarət Birjasının sədr müavininin görüşü keçirildi

28 November 2017

Share:

28 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın Belarus Universal Ticarət Birjasının sədr müavini xanım Narkeviç İrina Vladimirovna və Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin müşaviri cənab İvan Kaskeviç ilə görüşü keçirilib.

Komitə sədri Hicran Hüseynova qonaqları salamlayaraq, ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi məsələsinin prioritet istiqamətlərdən birini təşkil etdiyini qeyd edib. O, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ailə, qadın və uşaq məsələləri sahəsində həyata keçirilən dövlət siyasəti haqqında məlumatları qonaqların diqqətinə çatdırıb. Eyni zamanda, qadın sahibkarlığının inkişafı ilə bağlı görülən tədbirlər və layihələr, eləcə də, Komirənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyəti haqqında məlumat verib.

Belarus Universal Ticarət Birjasının sədr müavini xanım Narkeviç İrina Vladimirovna səmimi qəbul üçün təşəkkürünü bildirərək, Azərbaycan həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. O, eyni zamanda, Azərbaycanda qadınların biznes sahəsindəki uğurlarını qeyd edib və qadın sahibkarlığı ilə bağlı yeni birgə layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb. 

Görüş çərçivəsində tanışlıq və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.