“Ailənin qurulması və qorunması” adlı maarifləndirici tədbir keçirildi
Share:
Noyabrın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi “N” saylı hərbi hissədə ailə dəyərlərinin təbliği məqsədi ilə “Ailənin qurulması və qorunması” adlı maarifləndirici tədbir keçirmişdir.
Əsgərlərin iştirakı ilə keçirilən tədbirdə xalqımızın əsrlərdir qoruyub saxladığı ailə dəyərləri, ailənin cəmiyyətdəki rolu barədə danışılmış, mövzu ilə bağlı videoçarx nümayiş olunmuşdur.
The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan