“Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” adlı konfrans keçiriləcək

21 November 2017

Share:

“Gender zorakılığına qarşı 16 günlük Fəallıq Kampaniyası"  25 noyabr “Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü” tarixindən başlayaraq 10 dekabr “İnsan Hüquqları Günü” tarixinədək davam edən beynəlxalq kampaniyadır. Kampaniyanın məqsədi gender əsaslı zorakılığın insan hüquqları kimi təbliği üçün yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmənin aparılmasıdır.

 Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Beynəlxalq Miqrasiya Təşkilatı (İOM), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlığı ilə birgə  “Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son!” adlı konfrans  keçiriləcək.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  sədri Hicran Hüseynova, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai,  İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta (William R. Gill), Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi Adıgözəl Adıgözəlov, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, “Gender əsaslı zorakılıq üzrə Monitorinq Qrupu”nun sədri Gülnaz İsrafilova, “Konstitusiya Araşdırmalar Fondu” nun rəhbəri Əliməmməd Nuriyev çıxış edəcəklər.

 Tədbirdə, eyni zamanda, millət vəkilləri, beynəlxalq təşkilatlar, dövlət qurumları, vətəndaş cəmiyyəti və ictimaiyyətin tanınmış nümayəndələri iştirak edəcəklər.

Konfrans 24 noyabr 2017-cı il tarixində, saat 15.00-da “Four Seasons” (Rast Zalı) mehmanxanasında keçiriləcəkdir.