11 oktyabr Qızlar Gününə həsr olunan tədbir keçiriləcək
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qaradağ Rayon İcra Hakimiyyəti ilə birgə 11 oktyabr 2017-ci il tarixində saat 11.00-da Qaradağ rayonu Qobustan Mədəniyyət Evində Beynəlxalq Qızlar Gununə həsr olunmuş tədbir həyata keçirməyi planlaşdırır.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova çıxış edəcəkdir.
Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin əməkdaşı Aynur Veysəlova erkən nikah və onun yaratdığı fəsadlar barədə təqdimat edəcəkdir.
Tədbirdə iştirakçılara qızların təhsildən yayınma halları, reproduktiv sağlamlıq, erkən nikah və onun fəsadları haqqında məlumat veriləcək, eyni zamanda erkən nikah haqqında sosial çarx nümayiş olunacaqdır.
Tədbirin sonunda tədbir iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılacaqdır.