Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri ilə görüşüb

6 October 2017

Share:

6 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Zoltan Hernyes ilə görüşü keçirilib.

Görüş çərçivəsində tanışlıq və Avropa Şurasının Azərbaycandakı fəaliyyəti və görüləcək tədbirlər müzakirə edilib.

Dövlət Komitəsnin sədri Hicran Hüseynova qonağı salamlayaraq, Komitənin fəaliyyəti, ailə, qadın və uşaq məsələləri istiqamətində görülən işlər haqqında məlumatları diqqətə çatdırıb. O bildirib ki, Komitə qadın və uşaqların müdafiəsinin gücləndirilməsi, onların hüquqlarının təmin edilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə də bir sıra tədbirlər həyata keçirir. Bildirilib ki, Komitə tərəfindən gender bərabərliyini qorumaq məqsədilə daim mühüm addımlar atılır. Qadınların ictimai həyatda təmsilçiliyinin artırılması, qadın və uşaq hüquqlarının qorunması, sağlam həyat tərzinin aşılanması məqsədilə mütəmadi olaraq Komitə tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir.

O,  qeyd edib ki, müvafiq istiqamətlərdə qanunvericilik bazası təkmilləşdirilmişdir. Hicran Hüseynova onu da vurğulayıb ki, müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəib ki.ş vidə böyük imkanlar açır. Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır.

Dövlət Komitəsinin sədri, eyni zamanda, Ermənistanın Azərbaycana 25 ildən artıq müddətdə hərbi təcavüzünün davam etməsini, cəbhə bölgəsində və təmas xəttində baş verən hadisələr, həmin ərazilərdə məskunlaşan azərbaycanlıların, o cümlədən uşaqların və qadınların öldürülməsi və ağır yaralanmasını diqqətə çatdırıb və Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan əhalisinin atəşə tutulması faktının beynəlxalq sənədlərə zidd olmasını qeyd edib.

Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin yeni rəhbəri Zoltan Hernyes səmimi qəbul üçün minnətdarlığını bildirib. O, Azərbaycan təcrübəsini, bu sahədə həyata keçirilən layihələri nümunə kimi qiymətləndirib və növbəti illərdə Azərbaycanla birgə yeni layihələrin keçirilməsində maraqlı olduqlarını əlavə edib.

Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və layihələrdə effektivliyin artırılması məqsədilə fikir mübadiləsi aparılıb.