Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın BMT-nin Əhali Fondunun Türkiyədəki Nümayəndəsi və Azərbaycan, Gürcüstan üzrə Ölkə Direktoru Karl Kulessa ilə görüşü keçirildi
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondu ilə birgə qadın hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirilib və davam etdirilir. Bu əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə 21sentyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə BMT-nin Əhali Fondunun Türkiyədəki Nümayəndəsi və Azərbaycan, Gürcüstan üzrə Ölkə Direktoru Karl Kulessanın görüşü keçirilib.
Görüşdə eyni zamanda BMT-nin Əhali Fondunun Azərbaycan üzrə baş müşaviri Fərid Babayev və Komitə nümayəndələri iştirak ediblər.
Dövlət Komitəsinin sədri Hicran Hüseynova qonağı salamlayaraq, ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi sahələri üzrə əldə olunan müsbət nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi dəstəyinin nəticəsi olduğunu vurğulayıb. Hicran Hüseynova ölkədə qaçqın və məcburi köçkünlərlə aparılan reabilitasiya, sosial layihələr və müsbət təcrübəni qonaqlarla bölüşüb.
BMT-nin Əhali Fondunun Türkiyədəki Nümayəndəsi və Azərbaycan, Gürcüstan üzrə Ölkə Direktoru Karl Kulessa qəbula görə xanım sədrə minnətdarlıq bildirib. Cənab K.Kulessa ölkədə qadın hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlərin müsbət hal olduğunu qeyd edib. Görüş çərçivəsində məişət zorakılığının qarşısının alınması sahəsi üzrə Milli fəaliyyət planının hazırlanması və həyata keçirilməsi ilə bağlı ikitərəfli müzakirələr aparılıb.
Daha sonra Dövlət Komitəsinin sədri BMT-nin Əhali Fondu ilə birgə maarifləndirici layihələrin keçirilməsi ilə bağlı effektivliyi qeyd edib. Həmçinin, görüş çərçivəsində ölkəmizdə gender bərabərliyinin təmin olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əvəzolunmaz dəstəyi qeyd edilib.
Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi, 2018-ci il üçün yeni tədbirlər və keçirilən layihələr haqqında müzakirələr aparılıb.