“Azərbaycan Respublikasında övladlığa götürmə” və “Qadınlara qarşı ayrı seçkilik və məişət zorakılığı” mövzularında kurslar
Share:
18-19 iyun 2015-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ədliyyə Akademiyasında hakimlər üçün “Azərbaycan Respublikasında övladlığa götürmə” və “Qadınlara qarşı ayrı seçkilik və məişət zorakılığı” mövzularında kurslar təşkil edilmişdir. Kurslarda ekspert kimi Komitənin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Qadınlara qarşı ayrı seçkilik və məişət zorakılığı” mövzusunda və şöbə müdirinin müavini Vəsilə Möhsümova “Azərbaycan Respublikasında övladlığa götürmə” mövzusunda çıxış etmişdir. Həmçinin Komitə tərəfindən yeni hazırlanmış “Azərbaycan Respublikasında Övladlığa Götürmə ilə bağlı Qanunvericilik toplusu” hakimlərə paylanılmışdır. Eyni zamanda Komitənin diğər nəşri olan “Azərbaycan Respublikasında Məişət Zorakılığının Qarşısının Alınmasına dair Qanunvericilik toplusu” praktiki vəsait kimi istifadə edilmişdir. İki günlük seminarlarda 49 müxtəlif instansiyaların və rayonların (şəhərlərin) hakimləri iştirak etmişlər. Seminarlar interaktiv şəkildə həyata keçirilmiş və mövzular üzrə mövcud problemlər müzakirə edilmişdir. Seminarlar hakimlərin məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə təşkil edilmişdir.