“Azərbaycan Ailəsi” doqquzuncu film festivalına sənədlərin qəbulu davam edir

10 August 2017

Share:

2009-cu ildən etibarən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi” adlı film festivalı böyük uğurla həyata keçirilir. Festivalın əsas məqsədi dövlət ailə siyasətinin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, ailə institutunun təbliğidir.

Növbəti “Azərbaycan Ailəsi” doqquzuncu film festivalına təqdim olunan materialların qəbulu davam edir.  Materialların qəbulu 01 oktyabr  2017-ci il tarixində yekunlaşacaqdır. Müsabiqənin şərtləri haqqında məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi saytının “Ailə siyasəti” bölməsində  yerləşdirilmişdir.