Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Ehtiyatlı ol : QİÇS!” adlı təlim keçirilmişdir
Share:
19-20 aprel tarixlərində Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Ehtiyatlı ol: QİÇS!” adlı təlim keçirilmişdir. Rayon məktəblərinin psixoloqları Uşaq və Gənclər Birliyi rəhbərlərinin iştirak etdiyi təlimdə QİÇS-in cəmiyyətə vurduğu zərəri əks etdirən, statistik məlumatlardan ibarət video rolik nümayiş etdirilmiş, slayd vasitəsi ilə QİÇS-ə yoluxmuş insanın əlamətləri, QİÇS-in yoluxma yolları qeyd edilmiş və QİÇS-in qarşısının alınması üçün birgə təkliflər paketi hazırlanmışdır.Təlimin sonunda müəllimlərə məktəb şagirdləri ilə maarifləndirmə aparmaq üçün məlumat vərəqləri paylanmışdır.
The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan