Mayın 6-da Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi Əhmədbəyli kənd məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə “İnsan alverinin qurbanı olmayaq!” mövzusunda tədbir keçirmişdir.
Share:
Tədbirdə insan alveri ilə bağlı faktlar, respublikamızdakı vəziyyət haqqında müzakirələr edilmişdir. Xüsusilə gənclərin xaricdə pulsuz təhsil və yüksək gəlirli iş təklifləri ilə aldadılaraq insan alverinin qurbanına çevrilmələri haqqında məlumatlar verilmişdir.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılmış, eyni zamanda onlara statistik və maarifləndirici məlumatlar verilmişdir.
The State Committee for Family, Women and Children Affairs of the Republic of Azerbaijan