Uşaqların əl İşlərindən və rəsm əsərlərindən ibarət sərgi açılmışdır
Share:
1 iyun 2013-cü il tarixdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi Qəbələ Dövlət Rəsm Qalereyasında məktəblilərin və xüsusi qayğıya ehtiyacı olan uşaqların rəsm əsərlərindən və əl işlərindən ibarət sərgi keçirmişdir. Sərgidə rayon İcra hakimiyyətinin başçısı Səbuhi Abdullayev, icra aparatının işçiləri, hüquq mühafizə orqanlarının, təhsil, mədəniyyət şöbələrinin rəhbərləri və rayonun digər idarə və təşkilat nümayəndələrindən ibarət 85 nəfər iştirak etmişdir. Sərgidə məktəblilərdən Qadir Möylamovun, Mahmud İbrahimlinin, Qorxmaz Mustafayevin və xüsusi qayğılı uşaqlardan Səkinə İbrahimlinin, Samir Əmirşahlının rəsm əsərləri, Aytən Allahverdiyevanın Vüsalə Veysəlovanın, Ceyran Süleymanovanın əl işləri nümayiş etdirilmişdir.
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru R.Mahmudova 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününün tarixi və keçirilməsi barədə danışdı bu münasibətilə sərgi iştirakçılarını təbrik etdi və sərgidə əsərləri nümayiş etdirilən uşaqlar barədə iştirakçılara məlumat verdi. Sərgidə əsərləri nümayuiş etdirilən gənc rəssamlara tədbirin sonunda Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən hədiyyələr təqdim olunmuş, Dövlət İdarələri və İctimai Xidmət isçiləri Həmkarlar İttifaqı Qəbələ rayon Komitəsi tərəfindən gənc rəssamlara maddi yardım edilmişdir. Sərginin sonunda satış sərgi keçirilmişdir. Sərgi 5 gün davam edəcək.