Zaqatalada “Erkən nikahlara yox deyək” və “Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
Share:
04 mart 2013 il tarixində Zaqatala Rayon UADM-ın əməkdaşları Gözbarax kənd məktəbində yuxarı sinif şagirdlərinə “Erkən nikahlara yox deyək” və “Məişət zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirmişlər. Tədbirdə məktəbin direktoru, yuxarı sinif şagirdləri, valideynlər, müəllimlər və kənd ərazi nümayəndəsi iştirak edirdilər.
Tədbirin əsas məqsədi gəncləri və valideynləri erkən nikahlar və məişət zorakılıgı mövzusunda maarifləndirməkdir. Ailə məsələlərindən ciddi məqamlardan biri də erkən nigah məsələsidir.Belə ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən aşağı olması bir sıra problemlərə gətirib çıxarır.Bu kimi ailələrdə nikahın pozulması,xəstə uşaqların dünyaya gətirilməsi məişət zorakılığı, fiziki və psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur.
Belə problemlərlə rastlaşmamaq üçün gənclərimiz maarifləndirilməlidirlər.