Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə şəhər 3 saylı orta məktəbdə “Hüquqlarımız haqqında nə bilirik?” adlı tədbir keçirilib

10 November 2015

Share:

Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar noyabrın 10-da Mərkəzin təşkilatçılığı ilə şəhər 3 saylı orta məktəbdə “Hüquqlarımız haqqında nə bilirik?” adlı tədbir keçirilib. Tədbirdə qeyd edilib ki, bu əlamətdar günü qeyd etməyə Azərbaycan xalqının da böyük haqqı var. Çünki ölkəmizdə uşaqlar yalnız bayram günü deyil, ilin bütün günlərində qayğı və diqqətlə əhatə olunublar. Uşaqların sağlam, şən, xoşbəxt yaşaması üçün dövlətimiz əlindən gələni əsirgəmir.

Uşaq Hüquqlarının Müdafiəsi ilə əlaqədar oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə “Uşaq hüquqları aylığı”nın elan olunması buna nümunədir.  Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissəsidir. Lakin uşaqlar bəzən zorakılıq hallarının- erkən nikah, insan alverinin qurbanlarına çevirilirlər. Bütün bu halların qarşısını almaq üçün hüquqlarımız daha yaxşı bilməliyik.