Qeyri-hökumət təşkilatlarının iştirakı ilə dəyirmi masa keçiriləcək
Share:
20 ildən artıqdır ki, atəşkəs rejimində yaşamağımıza baxmayaraq, bu müddət ərzində ermənilər dəfələrlə əliyalın, silahsız dinc əhaliyə hücum etmiş, qadınları, uşaqları amansızlıqla qətlə yetirmişlər və bu gün də biz bu təxribatın acı nəticələrinin şahidiyik. Xalqımız bu münaqişənin beynəlxalq çərçivədə sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Eyni zamanda dinc əhaliyə qarşı törədilən cinayətə son qoyulması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 5 iyul 2017-ci il tarixində saat 17:30-da qeyri-hökumət təşkilatlarının iştirakı ilə dəyirmi masanın keçirilməsi nəzərdə tutulmuşdur.
Dəyirmi masada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və Komitə əməkdaşlarının iştirakı nəzərdə tutulur.
Qeyd olunan tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırırıq.