Goranboy rayonunda sağlam həyat tərzi və reproduktiv saglamlıq mövzusunda maarifləndirmə tədbirləri keçirilmişdir

4 July 2014

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “2008-2015-ci illərdə Azərbaycanda yoxsulluğun azaldılması və davamlı inkişaf» və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramları çərçivəsində, əhalinin sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarıfləndirilməsi məqsədilə, 3-4 iyul 2014-cü il tarixilərində Goranboy rayonunda qadınlar və gənclərlə icma görüşləri keçirilmişdir. Tədbirlərdə reproduktiv sağlamlıq haqqında müzakirələr aparılmış, sağlam həyat tərzinin vacıbliyindən danışılmışdır. Goranboy rayonunun iki kəndində keçirilmış tədbirlərdə ümumilikdə 72 nəfər qadın və gənc qız iştirak etmışdır.