Novruz bayramı münasibəti ilə bayram şənliyi
Share:
17 mart 2015-ci il tarixində Goranboy və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində Novruz bayramı münasibəti ilə bayram şənliyi keçirilmişdir. Tədbirdə Mərkəzin xidmətindən bəhrələnən, xüsusi qayğıya ehtiyacı olan, aztəminatlı, natamam və çoxuşaqlı ailələrdən olan uşaqlar iştirak etdi. Tədbirin keçirilməsində əsas məqsəd xalqımızın qədim adət-ənənələrini uşaqlara əyani olaraq göstərmək, onları sevindirmək idi. Tədbir Mərkəz əməkdaşlarının çıxışları və uşaqların hazırladıqları səhnəciklə davam etdi. Sonda aztəminatlı ailələrə bayram sovqatı paylanıldı.