“Əlilliyi olan insanların Beynəlxalq günü”

2 December 2014

Share:

İnsanlar  həyatda eyni  cür  doğulmurlar. Fiziki  cəhətdən  sağlam olanlarla  yanaşı, əlillər və şikəstlər də vardır. Əlillik və  şikəstlik  müxtəlif  yollarla  yaranır: anadangəlmə, müharibələr, yol-nəqliyyat hadisələri, istehsalat qəzaları, xəstəliklər nəticəsində qazanılmış əlillik və şikəstlik vardır.

Ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirilir. Bu barədə bir sıra dövlət proqramlar həyata keçirilmişdir. Onlardan ən mühümü BMT tərəfindən 1983-1992-ci illərdə həyata keçirilmiş Əlillər Onilliyidir. 1992-ci il oktyabrın 14-də Onilliyin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü “Əlilliyi olan insanların Beynəlxalq günü” kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.

2 dekabr 2014-cü ildə Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Ağdam rayonu Yeni İmamqulubəyli qəsəbəsində Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri cəmiyyətinin üzvləri olan keçmiş müharıbə iştirakçıları və müharıbə veteranları ilə, XQEO uşaqların valideynləri ilə Beynəlxalq Əlillər günü münasibətilə yığıncaq keçirildi.

Mərkəzin direktoru Y. Qəhrəmanova Ümumdünya Əlillər gününün qeyd olunması tarixindən çıxış edərək iştirakçılara tədbirdə aktiv iştirak etməyə çağırmışdır. İştirakçılar əvvəlki yaşayış  problemləri və hal-hazırda yeni qəsəbəyə köçürüldükdən sonra həyat şəraitlərinin yaxşılaşmasından söz açdılar.

Qarabağ döyüşlərində iştirak edən veteranlardan bir neçəsi öz müavinət dərəcələrinin artırılması haqqında müraciət etdilər. Yığıncaqda qonaq kimi iştirak edən Ağdam Hüquqi Konsultasiya Mərkəzinin hüquqşünası  tərəfindən onlara hara və necə müraciət etmələri haqqında məlumat verildi.

XQEO uşaqların təhsilə cəlb olunması və evdə fərdi təhsillə təmin olunması haqqında qəsəbə məktəb direktoru Yaşar Quluyev məlumat verdi. Tədbirin sonunda qəsəbə icra nümayəndəliyi tərəfindən bir neçə əlil ailəsinə ərzaq yardımı göstərildi.