Ağdam rayonunda “Doğma uşağına sahib ol!” adlı dəyirmi masa keçirilib

1 October 2015

Share:

Avqustun 20-də Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Ağdam rayonu Təzəkənd köçkün qəsəbəsində qəsəbə sakinləri, idarə və müəssisə işçilərinin iştirakı ilə “Doğma uşağına sahib ol!” adlı uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə yığıncaq keçirilib. Tədbir iştirakçıları Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı haqqında geniş məlumat əldə ediblər.

Çıxış edənlər, həmçinin, erkən nikah və onun qarşısının alınması, məişət zorakılığı-qadın hüquqlarının qorunması, uşaqların təhlükəsizliyi və valideyn məsuliyyəti mövzularında  fikir mübadiləsi aparıblar.

Tədbirdə eyni zamanda Azərbaycan ailəsinə xas olan milli-mənəvi dəyərlər; ailə münasibətləri, qohumluq əlaqələrinin qorunub saxlanması, böyüklərə hörmət və kiçiklərə qayğı kimi ənənələrdən bəhs edilib.

Yığıncağın sonunda iştirakçıları maraqlandıran mövzularla bağlı suallar cavablandırılıb və  mövzulara aid məlumat vərəqələri paylanıb.