Hacıqabul rayon orta məktəblərində 05.03.2013-cü il tarixdən-28.03.2013-cü il tarixə dək “Gənclərin reproduktiv sağlamlığı və zərərli vərdişlər haqqında interaktiv seminar ”keçirilmişdir
Share:
Seminarda “reproduktiv sağlamlıq, yeniyetmələrin psixoloji durumu, reproduktiv nikah, ziyanlı vərdişlərin verdiyi fəsadlar və xəstəliklər haqqında məruzələr edilmişdir. Seminarda həmçinin Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi barədə məlumat veilmiş, mərkəzin qaynar xətti və internet vasitəsi ilə reproduktiv sağlamlıqla bağlı maarifləndirici informasiyaların daha təhlükəsiz alınmasına dair fikir mübadiləsi aparılmış, qarşılıqlı olaraq suallar cavablandırılmışdır.
Seminar həftəsində Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin işçiləri ilə yanaşı Hacıqabul rayonunun 1,2,3,4 və 8 saylı orta məktəblərin təlim–tərbiyə işləri üzrə direktor müavinləri də çıxış etmişdir.
Seminarlardada 240 şagird və müəllim heyəti iştirak etmişdir.