Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi “Qohum nikahlara yox deyək” adlı tədbir keçirib
Share:
İyulun 18-də Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Qohum nikahlara yox deyək” adlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə mövzu haqqında ətraflı məlumat verilmiş, qohum nikahlarının fəsadları və yaranan xəstəlikləri barədə söhbət açılmışdır. Tədbirə dəvət olunmuş qohum nikahlı qadınlar üzləşdikləri problemlər barədə danışmışlar.
Qohum nikahdan doğulan uşaqların gələcək həyatında qan xəstəlikləri riskinin böyük olduğu haqqında iştirakçılara məlumat verilmiş və tədbirin sonunda ailədə ən mühüm amillərdən birinin məhz sağlamlıq olduğu və qohum nikahların heç də xoşbəxt ailə vəd etmədiyi vurğulanmışdır.