“Uşaqlara qarşı zorakılığın, laqeydliyin qarşısının alınması. Valideyn məsuliyyəti” mövzusunda tədbir keçirilib
Share:
Fevralın 19-da Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi Buzovna qəsəbəsi 234 saylı məktəbdə valideynlər üçün “Uşaqlara qarşı zorakılığın, laqeydliyin qarşısının alınması. Valideyn məsuliyyəti” mövzusunda tədbir keçirib.
Tədbirdə Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin mütəxəssisləri ilə yanaşı, məktəbin müəllim və valideyn kollektivi iştirak edirdi. 200 nəfərin iştirakı ilə baş tutan tədbir zamanı valideynlərin fikirləri dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçılara məlumatlandırıcı jurnal və bukletlər paylanılıb.