Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Narkotikə yox deyək” adlı rəsm sərgisi təşkil edilib
Share:
26 iyun Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü ilə əlaqədar Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi, Mərkəzdən bəhrələnən uşaqların əl işlərindən ibarət “Narkotikə yox deyək” adlı rəsm sərgisi təşkil etmişdir. Sərgidə nümayiş edilən 15-dən çox rəsm əsərində millətin gələcəyi üçün narkomaniyanın təhlükəli məqamları düzgün qiymətləndirilmiş, narkomaniyanın törətdiyi fəsadlar, insana vurduğu ziyanlar qabarıq şəkildə öz əksini tapmışdır.
Sərgi iştirakçılar tərəfindən yüksək qiymətləndirilmiş, narkomaniya ilə mübarizədə belə maarifləndirmə işinin çox böyük əhəmiyyətə malik olduğu bildirilmişdir.