Sülh günü
Share:
21 sentyabr Beynəlxalq Sülh Günü ilə əlaqədar olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəznində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən silsilə tədbirlər təşkil edilmişdir. UADMlərinin xidmətlərindən bəhrələnənlərin, məktəblilərin və digər icma üzvlərinin iştirakı ilə keçirilən tədbirlərdə Sülh Günü haqqında ətraflı məlumat verilmiş, tarix boyu yaşanan müharibələrdən və onların uşaqların həyatına vurduğu maddi və mənəvi ziyanlar barədə danışılmışdır.
Tədbirdə çıxış edən uşaqlar sülhün, əmin-amanlığın, ədalətin bərqərar olunması, təhlükəsizliyin təmin edilməsi hər bir sülhsevər xalqın, xüsusilə uşaqların arzusu olduğu bildirilmişdirlər.
Sərhədyanı ərazilərdə köçkün qəsəbələrində yerləşən sakinlər firəvan yaşadıqlarını və Qarabağ məsələsinin tezliklə sülh şəraitində həll olunacağına ümid etdiklərini söyləmişdirlər.
Tədbirlərdə uşaqlar sülhlə bağlı təsəvvürlərini dilə gətirərək, şerlər mahnılar söyləyib, səhnəciklər nümayiş etdirmiş, asfalt üzərində sülhü tərənnüm edən günəşin, sülh quşunun şəklini çəkmiş, şüarlar səsləndirmiş, metbex mebeli “Biz müharibə istəmirik, biz sülh istəyirik” adlı rəsm müsabiqəsində uşaqlar tərəfindən çəkilmiş rəsmlər sərgilənmişdir.