“Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı” adlı konfrans keçiriləcək

17 May 2017

Share:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 19 may 2017-ci il tarixində saat 15.00-da Bulvar Oteldə “Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı” adlı konfrans keçiriləcək.

Tədbirdə Komitə sədri Hicran Hüseynovanın, Gənclər və İdman Naziri Azad Rəhimovun, İslam Həmrəyliyi Təşkilatından Faisal əl-Naserin, millət vəkili Fuad Muradovun, GİN-nin idman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurovun, olimpiya çempionu Zemfira Mehtəddinovanın, Sağlam Həyat Naminə İctimai Birliyinin sədri Sədaqət Hüseynovanın, Bədən Tərbiyəsi və İdman Akademiyasından Şəmsiyyə Mustafayevanın çıxışları nəzərdə tutulur.

Tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa dəvət edirik.