Bakı Oksford məktəbində uşaqlar üçün tədbir təşkil olunacaq
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlara həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Tədbirlərdə həssas kateqoriyadan olan, qaçqın və məcburi köçkün, dövlət uşaq müəssisələrində yaşayan uşaqların, xüsusi qayğıya ehtiyacı olan uşaqların və eyni zamanda aztəminatlı ailələrin uşaqlarının iştirakına geniş imkanlar yaradılır.
Tədbirlər çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Bakı Oksford məktəbində 26 may 2017-ci il tarixində, saat 12:00-da təşkil edəcəyi tədbirdə Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin iştirakı ilə daun sindromlu uşaqların konsert proqramı təqdim olunacaq. Konsert proqramı uşaqlar üçün təşkil olunan nahar yeməyi ilə yekunlaşacaqdır.
Tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini tədbiri işıqlandırmağa dəvət edirik.