“Yeddi” Sənədli Pyesinin təqdimatı keçiriləcək

19 June 2017

Share:

20 iyun 2017-ci il tarixində, saat 16:00-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Avrasiya Əməkdaşlıq Fondunun birgə təşkil etdiyi “Yeddi” Sənədli Pyesinin təqdimatı  baş tutacaq. Tədbir Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Avrasiya Əməkdaşlıq Fondunun birgə əməkdaşlığı, İsveç İnstitutunun və İsveç Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə təşkil olunur.

Gender bərabərliyini və qadın hüquqlarının müdafiəsin təbliğ edən “Yeddi Nəfər Səfərdə” adlı beynəlxalq kampaniyanın tərkib hissəsini təşkil tədbirdə dünyanın müxtəlif ölkələrindən yeddi fəal qadının həyat hekayəsi Azərbaycanın tanınmış ictimai xadimləri tərəfindən səsləndiriləcəkdir. Tədbirin açılışını Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hicran Hüseynova edəcək. Yarat Müasir İncəsənət Mərkəzində keçiriləcək tədbirdə  dövlət xadimləri, qeyri hökumət təşkilatları və tələbələr iştirak edəcəklər. 

Tədbirin məqsədi dünyada qadınlara qarşı törədilən ayrı seçkiliyə və məişət zorakılığına qarşı mübarizənin gücləndirilməsindən ibarətdir.

Qeyd olunan tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırırıq.