“Güc birlikdədir” adlı əyləncəli oyun
Share:
Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə 24 may tarixində mərkəzin aktiv terapiya məşğələlərinə cəlb edilmiş uşaqların iştirakı ilə “ Güc birlikdədir” adlı əyləncəli oyun təşkil edilmişdir.Musiqi oxuyaraq salamlaşan uşaqlar iki qrupda yarışıblar. Oyun zamanı uşaqların böyük motor bacarıqlarının inkişafı ilə yanaşı onlara forma, rəng, qruplaşdırma bacarıqları aşılanmışdır. Açıq havada təşkil olunan oyun yarışması valideynlər tərəfindən də maraqla izlənilib.Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə 24 may tarixində mərkəzin aktiv terapiya məşğələlərinə cəlb edilmiş uşaqların iştirakı ilə “ Güc birlikdədir” adlı əyləncəli oyun təşkil edilmişdir.Musiqi oxuyaraq salamlaşan uşaqlar iki qrupda yarışıblar. Oyun zamanı uşaqların böyük motor bacarıqlarının inkişafı ilə yanaşı onlara forma, rəng, qruplaşdırma bacarıqları aşılanmışdır. Açıq havada təşkil olunan oyun yarışması valideynlər tərəfindən də maraqla izlənilib.