“Erkən nikah” mövzusunda icma görüşü
Share:
Aprelin 12-də Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi rayonun 1 saylı uşaq bağçasında “Erkən nikah” mövzusunda icma görüşü təşkil etmişdir.
Görüş iştirakçılarına erkən nikah və onun yaratdığı fəsadlar haqqında məlumat verilmiş, erkən yaşda qurulmuş nikahlarda ana və uşaq ölümləri, eyni zamanda əksər boşanma hallarının məhz erkən nikah nəticəsində qurulmuş ailələrdən yarandığı haqqında söhbət açılmışdır. İştirakçılara mövzu haqqında maarifləndirici məlumatlar verilmiş və buklet paylanılmışdır.