Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 15 may “Beynəlxalq Ailə Günü” münasibətilə ailələrə səfərlər təşkil edilib

15 May 2017

Share:

Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 15 may “Beynəlxalq Ailə Günü” münasibətilə Mıxlıqovaq kəndi, Vəndam qəsəbəsi və Qəbələ rayonunda yaşayan 3 ailəyə səfərlər təşkil edilib.

Qəsəbə sakini Aslanova Asiya xanımın 80 yaşı tamam olması münasibətilə doğum günündə iştirak edib və hədiyyələr təqdim edilib.

Həmin gün Mərkəz əməkdaşları həmçinin Qəbələ şəhər sakini 15 may 1926-cı il təvəllüdlü Bəkirova Güleyşə xanımın ailəsinə səfər edərək, ad gününü təbrik ediblər. “Beynəlxalq Ailə Günü” münasibəti ilə Mıxlıqovaq kəndində yaşayan, iki uşağı serebral iflicli olan ailəyə də səfər edilib. Həmçinin ailəyə paltar və ərzaq yardımı edilib.