İnsan alveri qurbanı olmuş uşaqlarla işləyən sosial işçilərin, psixoloq və tibb işçilərinin peşəkarlığının artırılması məqsədilə təlim keçirilib
Share:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 14 aprel 2017-ci il tarixində Saatlı rayonunda İnsan alverinin qurbanı olmuş uşaqların sosial reablitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Dövlət Proqramının 4.1.3-cü bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi ilə birgə insan alveri qurbanı olmuş uşaqlarla işləyən sosial işçilərin, psixoloq və tibb işçilərinin peşəkarlığının artırılması məqsədilə təlim keçirilib.
İnteraktiv keçən təlim prosesində insan alveri indikatorları, qurbanların aşkarlanması və reablitasiyası mövzuları müzakirə edilmiş, mövzuya dair sosial film nümayiş etdirilib. Tibb işçiləri, psixoloq və sosial işçilərin qatıldığı təlim zamanı birgə sosial işin təşkilinə dair müzakirələr aparılıb, suallar cavablandırılıb.