“Erkən nikahlar və qarşısının alınması üçün preventiv fəaliyyətin təşkili”- mövzusunda yığıncaq

23 August 2016

Share:

23 avqust  2016–cı il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin  işçiləri Yeni Quzanlı qəsəbə icra nümayəndəsinin və gənc sakinlərin iştirakı ilə “Erkən nikahlar və qarşısının alınması üçün preventiv fəaliyyətin təşkili” mövzusunda yığıncaq keçirildi.

Yığıncaq müzakirələr şəklində təşkil edilmişdir. Erkən nikahların insan sağlamlığına mənfi təsirləri və gələcəkdə boşanan ailələrin sayının artma ehtimalının yüksək olması haqqında sakinlərin də fikir və rəyləri toplandı.

Bildirildi ki, artıq qəsəbədə ictimai qınaq, icma fikri tam formalaşmışdır ki, övladını erkən nikaha məcbur edən valideyn mütləq cəzasını almalıdır. Belə valideynlər cəzasız və cəriməsiz qaldıqca digər valideynlər də öz övladlarını həm erkən, həm də özündən dəfələrcə böyük olan, kənar dövlətdə işləyib toy üçün bir aylığa rayona gələn vətəndaşa məcburi qaydada evləndirməkdən çəkinmirlər.

Qeyd edildi ki, erkən nikahların qarşısının alınması üçün təbliğat aparan QHT nümayəndələri də sakinlərlə mütəmadi görüşlər keçirməli və məlumat vərəqələri ilə məlumatlandırılmalıdırlar.

Mərkəzin daxili telefonunu alan rayon sakinləri qəsəbədə erkən nikaha məcbur edilmə faktı olarsa, mütləq anonim zənglə mərkəzə məlumat veriləcəyini bildirdilər.