Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi ailələrlə görüşlər keçirdi
Share:
Fevralın 1-də Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən həssas təbəqədən olan köçkün və Xüsusi Qayğıya Ehtiyacı Olan uşaqların olduğu ailələri müəyyənləşdirmək, onların problemlərinin araşdırmaq və həmin uşaqların sosial iştirakının artırılması üçün görüş keçirildi. Görüşdə iştirak edən ailə üzvləri qarşılaşdıqları problemlərindən danışdılar və onlara vəziyyətə uyğun olaraq müvafiq tövsiyələr verildi.